Qəbul İmtahanları Nə Zaman Keçiriləcək? Tarixlər Açıqlandı!

News Image

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan edildi.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yayımlanan məlumata əsasən, II və III ixtisas qrupları üzrə qəbul imtahanları 24 may tarixində keçiriləcək. I və IV ixtisas qrupları üzrə imtahanlar isə 7 iyun tarixində baş tutacaq.

Bundan əlavə, coğrafiya fənni üzrə əlavə imtahan da 7 iyun tarixində təşkil olunacaq.

Xatırladaq ki, qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi artıq başlayıb və aprelin 29-dək davam edəcək.

3