Popkornun Üstünlükləri: Niyə Rasionunuza Əlavə Etməlisiniz?
Qidalanma mütəxəssisləri popkornun sağlamlıq üçün faydalarını vurğulayır. Dietoloq Tim Spektorun fikrincə, popkorn həzmi yaxşılaşdırır və bir çox təhlükəli xəstəliklərin qarşısının alınmasına kömək edir.
Popkornun tərkibindəki yüksək lif (sellüloza) onun faydalarını şərtləndirir. 100 qram popkornda təxminən 14,5 qram qida lifi var. Bu liflər bağırsaqların normal fəaliyyəti, qanda şəkərin səviyyəsinin tənzimlənməsi və xroniki xəstəliklərin riskinin azaldılması üçün vacibdir.
Hətta az miqdarda lifin rasiona əlavə edilməsi belə ürək sağlamlığına müsbət təsir göstərə bilər. Maksimum fayda əldə etmək üçün şəkər və yağ əlavə olunmamış popkorn seçmək, həmçinin rasionu lobya, moruq, avokado və noxud kimi liflə zəngin digər qidalarla zənginləşdirmək tövsiyə olunur.
Unutmayın: Sağlam qidalanma ürək sağlamlığının əsasını təşkil edir!