Pensiya Alanlara Sevindirici Xəbər: ödəniş Tarixi Açıqlandı!

News Image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən qarşıdan gələn bayram günləri ilə əlaqədar pensiyaların ödənilməsi prosesi tezləşdirilir.

DSMF-dən verilən məlumata görə, respublika üzrə pensiyaların qrafikdən əvvəl, yəni martın 11-də tam olaraq ödənilməsi və yekunlaşdırılması planlaşdırılır.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin də pensiyaları ödəniləcək.

Xatırladaq ki, martın 6-da DSMF Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mart ayının pensiyalarını ödəyib.