Martda Məktəblərdə Dərs Olmayacaq: Bayram Tətilləri Elan Edildi!

News Image

Mart ayında şagirdləri sevindirəcək xəbər! Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq məktəblərdə ümumilikdə 11 gün dərs olmayacaq. Bu müddət ərzində şagirdlər bayram tətilindən zövq alacaqlar.

Əmək Məcəlləsinə əsasən, bayram günlərinin həftə sonuna düşməsi səbəbindən əlavə istirahət günləri də elan olunub. Belə ki, 20-24 mart Novruz bayramı, 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən, 25 və 26 mart da qeyri-iş günləri olacaq.

Ramazan bayramının Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində isə 27 və 30 mart tarixləri də əlavə istirahət günləri kimi qeyd olunacaq. 28 və 29 mart tarixləri də həftə sonuna düşdüyü üçün dərslər olmayacaq.

Beləliklə, məktəblərdə ilk dərs günü martın 31-i olacaq. Ümumilikdə mart ayında 17 gün qeyri-iş günü olacaq.

1