İllərdir istifadə etdiyiniz, lakin rəsmi sənədlərdə dövlətə və ya bələdiyyəyə məxsus olan torpaq sahələrini özəlləşdirmək imkanı var.
Mütəxəssislər bildirirlər ki, icarə müddətindən asılı olmayaraq, bu torpaqların özəlləşdirilməsi mümkündür. Bunun üçün ilk növbədə həmin ərazinin arxiv sənədləri və digər ilkin məlumatları diqqətlə araşdırılmalıdır.
Özəlləşdirmə prosesinə başlamaq üçün torpaq sahəsinin dəqiq koordinatları müəyyənləşdirilməli və müvafiq dövlət qurumlarına rəsmi şəkildə müraciət edilməlidir. Əsas şərtlərdən biri isə torpağın bazar dəyərinə uyğun məbləğin ödənilməsidir.
Torpaq sahəsi tam mülkiyyətə keçdikdən sonra vətəndaş həmin ərazi üzərində istədiyi kimi sərəncam vermək hüququna sahib olur – onu sata, bağışlaya və ya girov qoya bilər.