Səhər yeməyi necə olmalıdır? Endokrinoloq Marqarita Belousova ideal səhər yeməyi variantlarını açıqlayıb. Onun sözlərinə görə, təzə tərəvəz salatı ilə omlet və ya tam taxıllı çörəkdən hazırlanmış tost üzərinə çəkilmiş meyvə mürəbbəsi yaxşı seçimdir. Həmçinin, toyuq döş əti, kahı yarpaqları, krem pendir və pomidorla sendviç də faydalıdır. Yunan qatığı ilə meyvə-giləmeyvə qarışığı da sağlam variantlardandır.
Digər təkliflər: Giləmeyvə və qoz-fındıqla kəsmik, sobada bişirilmiş balqabaq və feta pendiri ilə salat da səhər yeməyi üçün uyğundur. Sıyıqlara gəldikdə, həkim onların faydalı olduğunu, lakin hər kəsə uyğun olmadığını bildirib. Şəkərli diabeti olanlar aşağı qlisemik indeksli (yulaf, qarabaşaq, arpa) sıyıqlara üstünlük verməlidir. Qlütenə qarşı dözümsüzlüyü olanlar isə bulqur, arpa və buğdadan uzaq durmalı, qarabaşaq, düyü və qarğıdalı seçməlidir.