Həcc Ziyarəti: Kvota Dolmaq üzrədir? Son Durum Açıqlandı

News Image

Həcc Ziyarəti Kvotasında Son Vəziyyət

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, Həcc ziyarəti üçün ayrılan kvotanın 91 faizi artıq dolub. Yerdə qalan 9 faiz üçün sənəd qəbulu bayram günlərindən sonra da davam edəcək.

Vüsal Cahangiri əlavə edib ki, kvota tam dolana qədər sənəd qəbulu prosesi davam etdiriləcək.

Xatırladaq ki, ilk Həcc uçuşu mayın 17-də planlaşdırılır və bu uçuşda 180 zəvvar iştirak edəcək.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinin təlimatlarına əsasən, sənəd qəbulu müddəti martın 7-dək uzadılmışdı.

Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları (10 388 AZN) təşkil edir.

0