Gəncə şəhərində yerləşən 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova vəzifəsindən ayrılıb.
“Qafqazinfo”nun məlumatına görə, Mehriban Mahmudova ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi arasında olan əmək müqaviləsinin müddəti başa çatıb.
Müqavilənin yenilənməməsinin əsas səbəbi direktorun işlədiyi müddətdə töhmət alması olub.
Hazırda direktor vəzifəsini müvəqqəti olaraq direktor müavini icra edir.