Azərbaycanda Nikah Öncesi Müayinələr: 2025-2026 Statistikası
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 100 mindən çox insan nikah öncəsi müayinədən keçib. Müayinələr zamanı 3635 halda cütlüklərin birində, 35 halda isə hər ikisində genetik daşıyıcılıq aşkarlanıb.
Prenatal diaqnostika çərçivəsində aparılan 68 müayinədə 21 xəstə, 32 daşıyıcı və 15 sağlam hal qeydə alınıb.
2026-cı ilin İlk İki Ayında Müayinə Nəticələri
2026-cı ilin yanvar ayında 6596 nəfər müayinədən keçib və 268 daşıyıcı müəyyən edilib. Fevral ayında isə 7712 müayinə aparılıb, 272 daşıyıcı aşkarlanıb və 2 cütlükdə hər iki tərəfin daşıyıcı olduğu təsdiqlənib.
Mütəxəssislər nikah öncəsi müayinələrin genetik xəstəliklərin qarşısının alınmasında və sağlam ailələrin qurulmasında böyük rol oynadığını vurğulayırlar.