Baku TV-nin “Baku Med” proqramının son buraxılışı efirə gedib. Bu dəfə xroniki böyrək xəstəlikləri geniş müzakirə olunub.
Verilişdə xroniki və kəskin böyrək xəstəlikləri arasındakı fərqlər, şəkərli diabetin böyrəklərə təsiri və böyrək çatışmazlığına yol açan səbəblər araşdırılıb.
Nefroloq Hafiz Ağayev bu və digər vacib suallara cavab verərək, xəstəliyin əlamətləri və müalicə yolları haqqında ətraflı məlumat verib.