Biləsuvarlı Bacılar Respublika Fənn Olimpiadasının Finalında!

News Image

Biləsuvar rayonundan olan iki bacı Respublika Fənn Olimpiadasının (RFO) yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.

E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri – 9-cu sinifdə oxuyan Fatimə Əlizadə və 11-ci sinif şagirdi Tahirə Əlizadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə öz bilik və bacarıqlarını nümayiş etdirərək final mərhələsinə yüksəliblər.

Qeyd edək ki, həmin məktəbin daha bir şagirdi, 11-ci sinifdə təhsil alan Nərmin Əlizadə də RFO-nun finalında iştirak etmək hüququ əldə edib. Bu, Biləsuvar təhsilində əlamətdar hadisədir.