Bayram Günlərində Bakı Metropoliteninin Iş Qrafiki Dəyişir

News Image

“Bakı Metropoliteni” QSC bayram günləri ilə əlaqədar iş rejimini gücləndirir.

Martın 20-21, 25-28 və 30-da “28 May-Əhmədli” xəttində qatarlararası interval 2.5 dəqiqə olacaq. Ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.

Martın 22-24 və 29-da isə bu interval 3 dəqiqəyə qədər artırılacaq. “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə təşkil edəcək.

“Avtovağzal-8 Noyabr” istiqamətində intervallar 7 dəqiqə, “Avtovağzal-Xocəsən” xəttində isə 14 dəqiqə olacaq.

“Bakmil” istiqamətində qatarlar şənbə və bazar günləri qrafiki ilə hərəkət edəcək.

Bayram günlərində sərnişinlərin rahatlığı üçün nəzarət tədbirləri gücləndiriləcək və bütün xətlər üzrə lazımi işçi qüvvəsi ayrılacaq.

2