Bayram Günlərində Avtovağzallar Rekord Sayda Sərnişin Daşıdı

News Image

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər verir ki, martın 19-21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys yerinə yetirilib.

Bu reyslər vasitəsilə 38 613 sərnişin təhlükəsiz şəkildə ünvanlarına çatdırılıb. Bu, son illərdə qeydə alınmış ən yüksək göstəricidir.

Sərnişin tələbatını ödəmək məqsədilə adi günlərlə müqayisədə əlavə 400-dən çox reys təşkil edilib.

Sərnişinlərin 60 faizi biletlərini onlayn platforma vasitəsilə alıb.

Vətəndaşlara tövsiyə olunur ki, səfərlərini rahat və təhlükəsiz etmək üçün biletləri onlayn əldə etsinlər.

2