Azərbaycanda Qısa Iş Günü: Sabahdan 11 Günlük Novruz Tətili Başlayır

News Image

Bu gün Azərbaycanda qısa iş günüdür. Sabahdan etibarən ölkədə 11 günlük Novruz tətili başlayır.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayramqabağı günlərdə iş günü bir saat qısaldılır. Qanunvericiliyə əsasən, işçilərə bayram günlərindəki işlərinə görə əməkhaqqı ödənilir və ya əvəzinə başqa istirahət günü verilə bilər.

Əməkhaqqı ödənişi bayram gününə düşərsə, ödəniş həmin gündən əvvəlki iş günündə həyata keçirilir.

Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 30-dək olan günlər qeyri-iş günləridir. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, ölkədə ardıcıl 11 gün tətil olacaq. 31 mart isə ilk iş günüdür.

1