Bu həftə Azərbaycanda 11 günlük fasiləsiz tətil başlayır! Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi ilə əlaqədar ölkə vətəndaşları uzun müddətli istirahət imkanı əldə edəcəklər.
Martın 20-dən 24-dək Novruz bayramı qeyd olunacaq. 21 və 22 mart tarixləri həftə sonuna təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən 25 və 26 mart da iş günü hesab edilməyəcək.
Ramazan bayramı martın 20 və 21-də qeyd ediləcək. Bayram günlərinin başqa qeyri-iş günləri ilə üst-üstə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 27 və 30 mart tarixləri də istirahət günləri elan olunub.
Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq. 31 mart isə bayramdan sonra ilk iş günüdür.