Azərbaycanda 11 Günlük Tətil Başladı: Novruz Və Ramazan Bayramı!

News Image

Azərbaycanda Mart ayında 11 günlük fasiləsiz tətil başlayır.

Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Ramazan bayramları münasibətilə ölkəmizdə ardıcıl 11 gün iş olmayacaq.

Belə ki, 2026-cı il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı günləridir. Həmin günlərdən 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləri hesab olunacaq.

Bundan əlavə, martın 28 və 29-u Ramazan bayramı günləridir. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna təsadüf etdikdə, növbəti iş günü də istirahət günü sayılır. Bu səbəbdən 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.

Beləliklə, vətəndaşlar 2026-cı il martın 20-dən 30-dək 11 gün istirahət edə biləcəklər.

4