Avromed Company Ramazanda Uşaq Sığınacağına Dəstək Oldu

News Image
News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb
thumb

“Avromed Company” MMC mübarək Ramazan bayramında xeyriyyə aksiyası keçirib. Şirkət, korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib.

Ziyarət zamanı mərkəzin uşaqlarına geniş dəstək paketi təqdim olunub. “Avromed Company” uşaqların sağlamlığı üçün vitamin kompleksləri, qida əlavələri və şəxsi gigiyena vasitələri verib. Bu yardımlar uşaqların sağlam böyüməsinə kömək edəcək.

Həmçinin, uşaqların asudə vaxtı da unudulmayıb. Onlar üçün interaktiv oyunlar və əyləncəli proqramlar təşkil olunub. Bu tədbirlər uşaqların sosiallaşmasına və özlərini dəyərli hiss etmələrinə şərait yaradıb.

“Avromed Company” MMC gələcəkdə də sosial layihələrə və xeyriyyə təşəbbüslərinə davam edəcək.

1