Almaniyada martın 23-də bütün apteklər ümummilli tətilə çıxacaq. Bu qərar, ölkə apteklərində çalışan 160 mindən çox insanın iştirakı ilə keçiriləcək etiraz aksiyası ilə əlaqədardır.
Etirazların əsas səbəbi aptek işçilərinin xroniki maliyyə çatışmazlığı ilə bağlı narazılığıdır. İşçilər Berlin, Hannover, Düsseldorf və Münxen kimi böyük şəhərlərdə nümayişlər keçirəcəklər.
Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Prays bildirib ki, apteklərin maliyyə vəziyyəti uzun müddətdir ki, gərgindir. Onun sözlərinə görə, son 13 ildə aptek işçilərinin maaşları artırılmayıb, lakin xərclər 65%-dən çox artıb.
Prays onu da qeyd edib ki, 2013-cü ildən bəri Almaniyada apteklərin 20%-i bağlanıb. Bu tətil, aptek işçilərinin problemlərinə diqqət çəkmək və hökumətdən dəstək tələb etmək məqsədi daşıyır.