Allergik rinit – immun sisteminin reaksiyası nəticəsində yaranan və burun tıkanıklığına səbəb olan geniş yayılmış problemdir. Həkim Aleksandra Filyova bildirib ki, immunitet sistemi zərərsiz maddələrə hücum edərək iltihaba yol açır. Bu, mövsümi (yazda çiçəklənmə) və ya ilin bütün fəsillərində (toz, kif) davam edə bilər.
Simptomlar: Burun tıkanıklığı, şəffaf axıntı, asqırma, qaşınma və göz sulanması. Dəqiq səbəbi öyrənmək üçün həkim nəzarəti altında testlər vacibdir.
Qorunma yolları: Əgər burun axıntısı allergiyadan qaynaqlanırsa, allergenlə təmasdan qaçınmaq lazımdır. Məsələn, reaksiyaya səbəb olan qidaları rasiondan çıxarın, neytral təmizlik vasitələrinə keçin və ya otaqdakı gülləri uzaqlaşdırın. Allergiyanın səbəbi bilinmirsə, qan və dəri testləri ilə dəqiq diaqnoz qoyulmalıdır.