Albalının xərçəng əleyhinə faydaları
Texas Universitetinin alimlərinin son araşdırması albalının xərçənglə mübarizədəki potensialını ortaya çıxarıb. Tünd şirin albalıda olan antosiyaninlərin üçqat mənfi süd vəzi xərçənginin böyüməsini ləngitdiyi və metastaz riskini azaltdığı müəyyən edilib.
Antosiyaninlərin təsiri: Aparılan təcrübələr göstərib ki, antosiyaninlər kimyaterapiya ilə birlikdə istifadə edildikdə şişin böyüməsini daha effektiv şəkildə əngəlləyir. Bu piqmentlərin aqressiv süd vəzi xərçəngi üçün terapiyada faydalı əlavə ola biləcəyi düşünülür.
Alimlər antosiyaninlərin xərçəng hüceyrələrinə təsirini daha dərindən öyrənməyə davam edirlər. Bu tədqiqat, xərçənglə mübarizədə yeni ümidlər vəd edir.