Müasir cəmiyyətdə ailə institutu ciddi dəyişikliklərə məruz qalır. Keçmişdə dəyər verilən ailə, indi daha müvəqqəti bir quruma çevrilir. Bu dəyişikliklərin səbəblərini anlamaq, ailə anlayışının gələcəyini dəyərləndirmək üçün çox vacibdir.
Bəs, müasir dövrdə ailə institutunun zəifləməsinin əsas səbəbləri nələrdir?
Sosioloqların fikrincə, insanlar fərdi azadlıqları və şəxsi zövqlərini ictimai normalardan üstün tutduqda, ailəni sabit bir qurum kimi deyil, müvəqqəti bir razılaşma kimi qəbul edirlər. Qloballaşma fonunda qərb dəyərlərinin, xüsusilə fərdiyyətçi və materialist yanaşmaların yayılması da bu prosesdə mühüm rol oynayır. İnsanlar ailəni “məcburi struktur” kimi deyil, istənilən vaxt ləğv edilə bilən bir müqavilə kimi görürlər.
Digər mühüm faktor isə cinsəlliyin “outsourcing” edilməsidir. Pornoqrafiya, açıq-saçıqlığı normallaşdıran film və musiqi industriyaları qadın bədənini əlçatan və adi bir predmetə çevirir. Sosial şəbəkələr isə cinsi nümayiş imkanlarını genişləndirir. Nəticədə, tərəflər cinsəllik baxımından bir-birindən asılı olmayaraq alternativ variantlara yönəlir, bu da ailənin təməl sütunlarından birini zəiflədir.
İqtisadi qeyri-sabitlik də ailənin təməllərini sarsıdır. Gəlirin qeyri-müəyyənliyi, mənzil problemi və uzunmüddətli planların qurulmaması ailəni qoruyucu mexanizm olmaqdan çıxarır, əlavə stress
Nəticə
Ümumilikdə, müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, daha çox son istifadə tarixi olan elastik bir müqaviləyə çevrilməkdədir.