Kırklarelinin Geçitağzı kəndində yaşayan Hatice Duyu, 96 yaşına baxmayaraq, gənclərə ilham verir. Gənc yaşlarında bu kəndə gəlin gələn Duyu, həyat yoldaşını itirdikdən sonra tək yaşayır.
Kənddə onu “əsrlik çinar” kimi tanıyırlar. Qışın sərt günlərində belə qonaqlarını qəbul edir, əlindən təsbehi buraxmır. Yazda isə bağında çalışır, tərəvəzlər yetişdirir.
Yaşına rəğmən hər işi özü görən Duyu, yalnız təbii qidalarla qidalanır. O, əslində 100 yaşında olduğunu, ancaq sənədlərdə 96 yaş göstərildiyini deyir.
Bütün qardaşlarını itirən Duyu, az yemək yediyini və təbii qidalarla qidalandığını bildirir: “Həkimlər mənim bu yaşda olmağımı möcüzə hesab edirlər. Allah mənə uzun ömür versin”.
Kəndin ən yaşlı sakini olan Hatice nənə, keçmiş günləri xatırladıqda çox duyğulanır. Kənddə yaşamağın gözəl olduğunu deyir və Atatürkü də yad edir.