Himayədar valideynlər üçün yeni müavinət imkanları! 0-18 yaş arası uşaqların himayədar ailələrə verilməsi müqaviləsi əsasında müavinətlər təyin edilir.
Müavinətlərin məbləği:
- 0-6 yaş: 355 manat
- 7-13 yaş: 375 manat
- 14-18 yaş: 395 manat
Əlilliyi olan uşaqlar üçün:
- 0-6 yaş: 500 manat
- 7-13 yaş: 600 manat
- 14-18 yaş: 650 manat
Müqavilə müddətində ödənilən bu müavinətlər, müraciət tarixindən ən çoxu son 3 il üçün nəzərdə tutula bilər.