əlillik Pensiyası Alanlar üçün Yeni Qərar: Kimlər ömürlük Pensiya Alacaq?

News Image

Azərbaycan Ali Məhkəməsi əlillik pensiyası alan şəxslərlə bağlı mühüm bir qərara imza atıb. Qərara əsasən, əlillik dövründə pensiya yaşına çatan şəxslərə əlilliyə görə əmək pensiyası müddətsiz təyin ediləcək.

Qərarın Mahiyyəti

Məhkəmə kollegiyası, bu qərarı “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsaslandırır. Həmin maddədə pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub. Bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti tələb olunmur.

Qərardan Kimlər Yararlanacaq?

Qərar, əlillik dövründə pensiya yaşına çatan və həmin anda əlillik statusu qüvvədə olan bütün şəxslərə şamil edilir. Şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddətə təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdıqda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır.

Məhkəmənin Mövqeyi

Məhkəmə kollegiyası vurğulayır ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. İnzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir.

1