İranın ali dini lideri Ayətullah Xameneinin oğlu Müctəba Xamenei ABŞ ilə danışıqların aparılmasına razılıq verib. Bu barədə Ynet nəşri məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Naziri Abbas Arakçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa Müctəba Xameneinin danışıqlara razılıq verdiyini gizli şəkildə bildirib.
Bu xəbər İran və ABŞ arasında gərginliyin azaldılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.