Trampdan Sensasiyalı Açıqlama!
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı keçirilən hərbi əməliyyatlar fonunda gözlənilməz bəyanatlar verib. Trampın sözlərinə görə, İran ABŞ-a böyük dəyəri olan bir hədiyyə təqdim edib.
Tramp hədiyyənin detallarını açıqlamasa da, onun neft və təbii qazla əlaqəli olduğunu qeyd edib. Canlı yayımda çıxış edən ABŞ Prezidenti, İran müharibəsində qalib gəldiyini iddia edərək, Tehranın dəyərli bir hədiyyə verdiyini vurğulayıb.
İranın Raket Hücumu İddiası
Tramp, həmçinin İranın “USS Abraham Lincoln” aviadaşıyıcısına 100 raket atdığını, lakin bu raketlərin hamısının məhv edildiyini bildirib.
Bəyanatında Tramp, İranda böyük uğurlar əldə etdiklərini, doğru adamlarla danışdıqlarını və onların saziş bağlamaq istədiklərini qeyd edib. O, İranın nüvə silahına sahib olmaması barədə razılığa gəlindiyini də vurğulayıb.
Xatırlatma
Fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq region ölkələrindəki hədəflərə zərbələr endirib.