ABŞ Prezidenti Donald Tramp, İranla artan hərbi gərginlik fonunda Kentukki ştatında keçirilən mitinqdə maraqlı görüntüləri ilə diqqət çəkib. O, səhnədə rəqs edərək, enerjili və rahat davranışları ilə yadda qalıb.
Ağ Evin rəqəmsal kommunikasiya hesabı tərəfindən yayımlanan görüntülərdə Trampın yüksək əhval-ruhiyyədə olduğu görünür. Siyasi analitiklər bu hərəkətin prezidentin böhran zamanı sakit və nəzarətdə olduğunu göstərmək məqsədi daşıdığını bildirirlər.
Analitiklər qeyd edirlər ki, bu cür görüntülər seçicilərə liderin güclü və özünə inamlı olduğunu nümayiş etdirir.