şeyxülislam Paşazadədən çağırış: “raketlər Yox, Qələmlər Danışsın!”

News Image

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. Bayram namazından sonra jurnalistlərə açıqlama verən Paşazadə, tərəfləri dialoqa çağırıb.

O, “Raketləri kənara qoyub, qələm və diplomatiya dili ilə danışmaq lazımdır” deyib. Şeyxülislam vurğulayıb ki, davam edən münaqişə heç bir nəticə verməyəcək və sonda tərəflər razılığa gəlməli olacaqlar. Lakin bu razılığa gələnə qədər çoxlu insan həyatı itiriləcək. Buna görə də, nə qədər tez razılıq əldə olunsa, bir o qədər yaxşıdır.

Qeyd edək ki, son zamanlar regionda gərginlik artmaqdadır. Tərəflər arasında qarşılıqlı hücumlar baş verir və bu da vəziyyəti daha da mürəkkəbləşdirir.

0