şeyxülislam Paşazadə: Patriarx Ii İlya Mənim Yaxın Dostum Idi

News Image

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edəcək.

Şeyxülislam bu barədə bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib. O, uzun illər II İlya ilə yaxın dostluq münasibətlərində olduğunu vurğulayıb.

“O, hər zaman mənə dəstək olub. Martın 22-də dəfn mərasimində iştirak edəcəyəm. II İlya böyük bir şəxsiyyət idi. O, Azərbaycanın və mənim şəxsi dostum idi. Dəfələrlə Ermənistan məsələsində yanımda olub. Mən çox yaxın bir dostumu itirdim”, – deyə A.Paşazadə qeyd edib.

0