Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın yanında
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ tərəfindən İrana qarşı potensial hərbi əməliyyatlarda iştirak edə bilər. Bu iddia, Tehranın onların ərazilərinə hücumlar təşkil etməsi ilə bağlıdır.
The Wall Street Journal-ın məlumatına görə, Səudiyyə Ərəbistanı artıq ABŞ-a ölkənin qərbində yerləşən “Kral Fəhd” aviabazasından istifadə etməyə icazə verib.
Səudiyyə Ərəbistanının səbri tükənirmi? Keçən həftə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan əl-Səud, “Səudiyyə Ərəbistanının səbri sonsuz deyil” deyərək, regionda gərginliyin artmasına işarə vurmuşdu.