Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, V “Yüksəliş” müsabiqəsinin qalibi Numrəddin Hüseynov ilə Mentorluq Proqramı çərçivəsində bir araya gəlib.
Görüşdə proqramın fəaliyyətləri, əldə olunan uğurlar və iştirakçıların şəxsi inkişafı üçün görülən işlər ətraflı müzakirə edilib.
Tərəflər nitq mədəniyyətinin və düzgün danışıq qabiliyyətinin artırılması, həmçinin marketinq sahəsindəki yeni təkliflər barədə fikir mübadiləsi aparıblar.
Rövşən Məmmədov, Numrəddin Hüseynova gələcək karyerasında peşəkar inkişafını davam etdirməsi üçün dəyərli tövsiyələr verib.