ABŞ-da 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan araşdırmaya rəhbərlik etmiş xüsusi prokuror Robert Müller 81 yaşında dünyasını dəyişib. Ölüm xəbərini MS NOW nəşri yayıb.
Müllerin ölüm səbəbi hələlik açıqlanmır. Lakin bəzi
Robert Müller 2001-2013-cü illərdə Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik edib. 2017-ci ildə isə ABŞ Ədliyyə Nazirliyi onu 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi iddialarını araşdırmaq üçün xüsusi prokuror təyin edib.
Araşdırmalar nəticəsində Robert Müller Donald Tramp ilə Rusiya hökuməti arasında hər hansı bir əlaqənin olduğunu təsdiqləyən dəlil tapmayıb. Bununla belə, ABŞ kəşfiyyatının məlumatlarına əsaslanaraq seçkilərə müdaxilənin olduğunu qeyd edib. Rusiya tərəfi isə bu ittihamları qəti şəkildə rədd edərək əsassız adlandırıb.