Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni müavinlə işləyəcək. Rəşad Həsənov, bu vəzifəyə təyin olunmazdan əvvəl nazirin müşaviri vəzifəsində çalışırdı.
Rəşad Həsənovun tərcümeyi-halı:
1987-ci ildə Şəmkir rayonunda anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr təhsili alıb, daha sonra Böyük Britaniyada iqtisadi və maliyyə sektorlarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb. 2016-cı ildə Avstraliyada iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib.
Rəşad Həsənov karyerası ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında, Avstraliyanın Maliyyə Nazirliyində, ADA Universitetində, Dünya Bankında və BMT-də müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsini icra edirdi.