Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimova yüksək dövlət mükafatı verib.
Rusiya mətbuatının yaydığı məlumata əsasən, Prezident Putin bununla bağlı xüsusi Fərman imzalayıb.
Fərmana əsasən, Vaqif Yunus oğlu Kərimov “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Vaqif Kərimov 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illərdir ki, o, Rusiya Federasiyasında geologiya və neft-qaz kəşfiyyatı sahələrində fəaliyyət göstərir.