Prezidentdən şamaxı Körpüsü Ilə Bağlı Açıqlama: Nə Zaman Açılacaq?

News Image

Prezident İlham Əliyev Şamaxıda Yeni Körpünün Açılış Tarixini Açıqladı

Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Müəssisə əməkdaşları ilə görüş zamanı dövlət başçısı, Şamaxının turizm potensialını və bu sahədə yolların rolunu xüsusi qeyd edib.

“Şamaxı-Bakı avtomobil yolu artıq müasir standartlara cavab verir. Bakı, eləcə də ölkəmizin qərb və şimal-qərb bölgələri ilə əlaqələr daha da asanlaşıb. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Bu yol üzərindəki körpü ölkəmizin ən böyük körpüsü olacaq və biz onu gələn il istifadəyə verəcəyik”, – deyə Prezident bildirib.

Prezident, ölkə daxilində əlaqələrin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq, insanların daha yaxşı yaşaması, yeni iş yerlərinin açılması və dolanışıqlarının yaxşılaşdırılması üçün səylərin davam etdiriləcəyini qeyd edib.

1