Prezident İlham Əliyev Xocavənddə sakinlərlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində olublar. Novruz tonqalını yandırdıqdan sonra Prezident sakinlərlə söhbət edib.
Sakin: Cənab Prezident, biz 1992-1993-cü illərdə buradan ağlayaraq getdik. İndi Sizin sayənizdə sevincək qayıdırıq. Sizin rəhbərliyiniz və Ordumuzun gücü sayəsində! Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.
Prezident İlham Əliyev: Amin!
Sakin: O vaxt tək getmişdim, indi 6 uşağımla gəlmişəm.
Prezident İlham Əliyev: Allah saxlasın!
Sakin: Uşaqları da gətirmişik. Yoldaşım qəhrəman anadır.
Prezident İlham Əliyev: Çox yaxşı, Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz, əhali artmalıdır, mütləq!
Sakin: Allah köməyiniz olsun!
Prezident İlham Əliyev: Düzdür, artır, amma daha da sürətlə arta bilər.