Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.
Danışıqlar zamanı iki ölkə arasında ticarət, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.