Nikita Xruşşovun nəvəsinə şok ittiham!
Rusiya Ədliyyə Nazirliyi Nina Xruşşovanı “xarici agent” siyahısına daxil edib. Bu qərar martın 13-də qəbul olunub.
Nina Xruşşova Nyu-Yorkdakı Yeni Məktəbin professoru, tanınmış politoloq və yazardır. O, təhsil almaq üçün 1980-ci illərin sonlarında ABŞ-a gedib və hazırda orada yaşayır.
Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Nina Xruşşova Rusiya hakimiyyətinin siyasəti ilə bağlı yanlış məlumatlar yayır, Ukraynadakı müharibəyə qarşı çıxış edir və “xarici agentlərin” materiallarının hazırlanmasında iştirak edir.