Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edib. Martın 23-ü saat 16:00-dan etibarən Bakı və Abşeron ərazisində Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) təlim-məşq uçuşları keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, təlimlər 2026-cı ilin hazırlıq planına uyğun olaraq həyata keçirilir.
Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırıb və narahatlığa əsas olmadığını bildirib.