Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. İclasa Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.
İclasın gündəliyində Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyətinə dair hesabatın təqdimatı və müzakirəsi yer alır.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. Daha sonra deputatlar hesabatla bağlı fikirlərini bildirəcəklər.