Nazir Kacır: Müasir müharibələrdə PUA-lar əsas rol oynayır
Rusiya-Ukrayna müharibəsi və digər regional münaqişələr pilotsuz uçuş aparatlarının (PUA) nə qədər əhəmiyyətli olduğunu göstərdi. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Kanal 7-də bu barədə danışıb.
Nazir qeyd edib: “PUA və kamikadze dronlar bəzən ən bahalı silahlardan daha effektiv olur”. O, müasir müharibələrin artıq cəbhədə deyil, məsafədən aparıldığını vurğulayıb.
Kacır əlavə edib ki, süni intellektlə idarə olunan PUA sistemləri milyonlarla dollarlıq silahlardan daha sərfəli və faydalı olduğunu sübut edib. Onun sözlərinə görə, Türkiyə PUA istehsalı və tətbiqi sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir və hazırda qlobal bazarın 65%-nə nəzarət edir.