Müasir dünya nizamı İkinci Dünya Müharibəsindən sonrakı dövrlə müqayisədə daha böyük turbulentliklə xarakterizə olunur. Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, müasir dünya geosiyasi gərginlikdən, iqtisadi qeyri-sabitlikdən, iqlim təhdidlərinə və texnoloji transformasiyalara qədər bir sıra çağırışlarla üzləşir.
Vike-Freyberqanın sözlərinə görə, dünyanın sabit olması illüziyadır: “Niyə dünya turbulent olmayıb? Düşünürəm ki, dalğalar sadəcə olaraq daha yüksək və ya daha alçaq olub. Külək bəzən daha güclü olur. Bəşəriyyətin tarixinə nəzər salsaq, sülh və əmin-amanlıq dövrləri o qədər də çox olmayıb. İkinci Dünya Müharibəsindən sonrakı dövr dünyanın sabitləşdiyi kimi görünən nadir anlardan biri idi.”