Belçikanın keçmiş baş naziri İv Leterm XIII Qlobal Bakı Forumunda çıxış edərək dünyada müdafiə xərclərinin hərbi təcavüzün dəyərini aşdığını bildirib.
İv Leterm qeyd edib ki, asimmetrik müharibə anlayışı yeni olmasa da, dronların geniş istifadəsi müdafiə sistemlərinə böyük investisiyalar tələb edir. Bu isə, öz növbəsində, vəziyyəti daha da qeyri-sabit edir.
Onun sözlərinə görə, bahalı raket və müdafiə sistemlərinə güvənmək məcburiyyəti müdafiənin dəyərini artırır.