İran İsrailə qarşı yeni raket hücumları planlaşdırır. SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi sosial şəbəkədə bu barədə məlumat yayıb. O, hücumların yeni taktika ilə həyata keçiriləcəyini və ilk zərbənin gecə saatlarında endiriləcəyini bildirib.
Musəvi, “Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm” deyə qeyd edib. Onun sözlərinə görə, İranın raket buraxılış məntəqləri İsraili və ABŞ bazalarını “lərzəyə gətirəcək”. General əlavə edib ki, “Bu gecə İsrailin cənub səması bir neçə saat işıqlı qalacaq.”