İran Silahlı Qüvvələri, düşmənlərini geri çəkilməyə məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik fəaliyyətinə nəzarət də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edəcəyini bəyan edib.
“Xatəm əl-Ənbiya” Qərargahının yaydığı məlumata görə, İran silahlı qüvvələri ölkənin bütün geosiyasi imkanlarından, o cümlədən strateji əhəmiyyətə malik Hörmüz boğazında hərəkətlərə nəzarət və komandanlıqdan istifadə edərək, təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir.