İlham əliyevdən Ramazan Bayramı Təbriki: Xalqımıza ürək Sözləri

News Image

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi çatdırıram.

Mənəvi kamilliyi və nəcib niyyətləri özündə birləşdirən Ramazan ayı artıq sona çatır. Bu müqəddəs ayda hər bir müsəlman Allah qarşısında öz borcunu yerinə yetirmək imkanı əldə edir, yardımlaşma və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayır.

Azərbaycan əsrlər boyu müxtəlif dinlərin dinc yanaşı yaşadığı bir məkandır. İslam dini cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunmasında, qarşılıqlı hörmət və milli həmrəyliyin yaranmasında böyük rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Ramazan ayı xalqımızın birliyini daha da möhkəmləndirir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.

Sizə və bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət arzulayıram.

Allah orucunuzu qəbul etsin! Ramazan bayramınız mübarək olsun!

0