İlham əliyevdən Kasım-jomart Tokayevə Təbrik Mesajı

News Image

Prezident İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi yeni Konstitusiya referendumunun uğurla başa çatması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

Hörmətli Kasım-Jomart Kemeleviç,

Sizi və qardaş Qazaxıstan xalqını yeni Konstitusiya üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə ürəkdən təbrik edirəm.

Referendumun nəticəsi xalqınızın birliyinin və milli iradəsinin ifadəsidir. Bu, Sizə olan inamın və Qazaxıstanın rifahı naminə yürütdüyünüz siyasətə dəstəyin göstəricisidir. Əminəm ki, bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələ açaraq ölkənizin inkişafına töhfə verəcək.

Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcəkdir.

Sizə uğurlar, qardaş Qazaxıstan xalqına isə əmin-amanlıq arzulayıram.

2