Martın 19-da Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
Şavkat Mirziyoyev dövlət başçımızı və Azərbaycan xalqını qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkür edərək, öz növbəsində Şavkat Mirziyoyevi və özbək xalqını bayramlar münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi və əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Prezidentlər Yaxın Şərqdəki vəziyyətdən narahatlıqlarını bildirərək, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Danışıqlar zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.