İlham əliyev Və şahbaz şərif Ramazan Bayramını Təbrikləşdilər

News Image

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, İlham Əliyev və Məhəmməd Şahbaz Şərif qarşılıqlı olaraq müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa rifah və uğurlar diləyiblər.

Tərəflər Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluqlarını bildirib, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Yaxın Şərqdəki cari vəziyyət müzakirə olunub və gərginliyin tez bir zamanda siyasi yollarla aradan qaldırılmasının önəmi vurğulanıb.

0