İlham əliyev: Azərbaycan-ermənistan Ticarət əlaqələri Sülhün Davamıdır

News Image

Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulmasının əldə edilmiş sülhün uzunmüddətli olmasının göstəricisi olduğunu bildirib.

Dövlət başçısı Bakı və İrəvanın sülhə nail olduğunu vurğulayaraq, bunun yalnız kağız üzərində deyil, reallıqda da öz əksini tapdığını qeyd edib. Prezident Əliyev sərhədlərdə sakitliyin hökm sürdüyünü və tərəflər arasında ticarət əlaqələrinin qurulduğunu bildirib. Bu, sülhün uzunmüddətli və əsrlər boyu davam edəcəyinə işarədir.

Politoloq Tural İsmayılovun sözlərinə görə, Prezident İlham Əliyevin bu fikirləri regionun siyasi reallığında yeni mərhələnin başlanğıcıdır. Bakı və İrəvan arasında ticarət əlaqələrinin qurulması təkcə iqtisadi əməkdaşlıq deyil, həm də uzunmüddətli sülhün möhkəmlənməsi üçün ən güclü zəmanətdir. Sərhədlərdə sakitliyin hökm sürməsi, qarşılıqlı asılılığın yaranması və iqtisadi inteqrasiyanın başlaması münaqişə risklərini minimuma endirir.